XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



“Judo Club 2012”nin təmsilçiləri Azərbaycan çempionatını uğurla başa vurublar
İdman 17:26 / 26.11.2019

Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Azərbaycan çempionatı keçirilib. Uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilən yarışda respublikada fəaliyyət göstərən 32
klubdan 250-dən çox idmançı mübarizə aparıb. İdmançılar Braziliya ciu-citsusu idman növünün gi və no-gi versiyaları üzrə mübarizə aparıblar. Çempionatda "Judo Club 2012”nin təmsilçiləri də qüvvələrini sınayıblar. Klubun idmançıları "Judo Club 2012”nin braziliya ciu-citsusu bölməsi üzrə məşqçi Ceyhun Quluzadənin rəhbərliyi altında geniş heyətlə təmsil olunublar.
Yarışda uğurla çıxış edən klubun təmsilçiləri Azərbaycan çempionatını 17 (9 qızıl, 4 gümüş, 4 bürünc) medalla başa vurublar. "Judo Club 2012”nin idmançılarından Əbülfəz Nağıyev (31 kq), Ənvər Nəcəfov (36 kq), Amin Quliyev (55 kq), Nail Əmirov (71 kq), Emin Əsədov (79 kq), Çingiz Mehdiyev (79 kq), Rauf Atakişiyev (91 kq), Ruslan Nağıyev (91 kq) və Məmməd Tağızadə (100 kq) müxtəlif kateqoriyalar üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər.
Xalid Süleymanlı (20 kq), Bağır Əliyev (31 kq), Zakir Babayev (79 kq), Teymur İslamov (91 kq) çempionatın gümüş medallarına sahib çıxıblar. Müslim Əliyev (29 kq), Murad İsmiyev (71 kq), Paşa Paşazadə (72 kq) və Niyaz Bağırov (79 kq) isə üçüncü yeri tutublar.
Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.

38478 oxunub

InvestAZ