XƏBƏR LENTİ
31 May 2020
30 May 2020
29 May 2020
28 May 2020



ÇL-də 5 - ci tura start verilib
İdman 10:03 / 27.11.2019

Ötən gün Çempionlar Liqasında 5-ci turun matçlarına strat verilib. Bu tur maraqlı oyunlarla yadda qalıb.
A qrupunda "Qalatasaray” doğma azarkeşləri qarşısında "Klub Brugge” ilə bacarmayıb. Matça ciddi itkilərlə çıxan "Cimbom” sülhə razı olub – 1:1. Qrupun maraqla gözlənilən ikinci oyununda da qalib müəyyənləşməyib. "Real Madrid” İspaniyada "PSJ”ni qəbul edib. Benzema dubl etsə də "Kral klubu” qələbə qazana bilməyib – 2:2. Bu turdan sonra 13 xal toplayan "parislilər” liderdir. Xal ehtiyatını 8-ə çatdıran "Qalaktikos” isə qrupda ikincidir. "Klub Brugge” 3 xalla üçüncüdür. Qələbəyə möhtac qalan "Cimbom” isə topladığı iki xalla sonuncudur.
B qrupunun oyunları bol qollu keçib. "Srvena Zvezda”nın qonağı olan "Bayern Münhen” qələbə qazanıb. "Münhenlilər” 6 cavabsız qolla rəqibini darmadağın ediblər – 0:6. Bundan başqa matç "Bayern Münhen”in forvardı Robert Levandoviskinin rekordu ilə də yadda qalıb. Belə ki, Polşalı hücumçu 14 dəqiqə 31 saniyəyə poker edib. Joze Morinyo "Totenham”lə ilk Çempionlar Liqası oyununa çıxıb. Portuqalyalı mütəxəsisin ilk qurbanı Yunanıstan təmsilçisi "Olympiakos” olub. "Londonlular” 4 qolun əvəzində qapılarında 2 qol görüblər – 4:2.
C qrupda "Dinamo Zaqreb” İtaliada "Atalantanın qonağı olub. Ev sahibləri 2 cavabsız qolla qalib gəliblər. Qrupun digər matçında "Mançester Siti” "Şaxtyor Donetski” qəbul edib. "Donetsklilər” Mançesterdən 1 xalla dönməyə nail olub – 1:1.
D qrupunda "Lokomotiv Moskova” "Bayer Leverkusen”lə bacarmayıb – 0:2. Qrupun digər matçı Turində keçirilib. "Yuventus” doğma azarkeşləri qarşısında "Atletiko Madrid”i qəbul edib. Yeganə qolun müəllifi 45-ci dəqiqədə Paulo Dibala olub – 1:0.

3500 oxunub

InvestAZ