XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yığmamızın üzvləri "Grand Winners" mükafatına namizəddir
İdman 16:53 / 26.11.2019

Noyabrın 29-da İspaniyanın paytaxtı Madriddə Karate1 Premyer Liqa turnirinin startı veriləcək.
Dekabrın 1-dək davam edəcək yarışa Azərbaycan milli komandası da qatılacaq. Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Asiman Qurbanlı və Şahin Atamov (hər ikisi +84 kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edəcəklər. Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata yarışlarına qatılacaqlar. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının cari mövsümdəki son mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. Karate1 Premyer Liqa turnirinin Madrid mərhələsində 89 ölkədən 737 karateçi yarışacaq. Nüfuzlu yarışda hər qələbəyə və medalların əyarına əsasən, idmançılar dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanırlar. Madrid mərhələsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılara "Grand Winners" mükafatlarına layiq görüləcəklər. Mükafatın təqdimatı isə 2020-ci il yanvarın 24-26-da Parisdə növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq. 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayevlə (75 kq) İrina Zaretska (68 kq) da var.

19051 oxunub

InvestAZ