XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Fransa yığması “Mersedes”i qabaqladı
Maraqlı 14:47 / 19.02.2019

Monakoda idman "Oskar”ı adlandırılan "Laureus World Sports Awards” mötəbər mükafatının illik təqdimetmə mərasimi keçirilib. Tədbirdə 2018-ci ilin idman sahəsində fərqlənən idmançıları adları acıqlanıb. Ilin ən yaxşı idmançısı adını serbiyalı tennisçi Novak Çokoviç qazanıb. O, karyerası ərzində dördüncü dəfə bu mükafata layiq görülüb.
Qadınlar arasında ən yaxşı idmançı adına ABŞ gimnastı Simona Baylz sahib olub. O, bu nominasiyada iki tennisçi Anjelik Kerber və Simon Halepi qabaqlayıb.
İlin "sıçrayışı” nominasiyasına yaponiyalı tennisçi Naomi Osaka layiq görülüb. Yaponiyalı idmançı ardıcıl iki dəfə "Australia Open” turnirinin qalibi olub.
Futbol üzrə Fransa millisi ilin komandası seçilib. Fransızlar 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi adı qazanıblar. Fransa yığması Formula 1 üzrə dünya çempionatında çıxış edən "Mersedes” komandasını və "Real Madrid” futbol klubunu qabaqlayıblar.
Futbolun inkişafındakı xidmətlərinə görə, İngiltərənin "Arsenal” klubunun sabiq baş məşqçisi fransalı mütəxəssis Arsen Venqer mükafata layiq görülüb.
Qeyd edək ki, "Laureus World Sports Awards” illik mükafatı 2000-ci ildən başlayaraq təqdim edilir.

41701 oxunub

InvestAZ