XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Qurban Qurbanov: “Çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq”
İdman 11:56 / 07.11.2019

Rəqib həddindən artıq istəkli ola bilər. Çünki doğma azarkeşlər önündə oynayacaq. Bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü tur matçından əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis rəqibə qarşı üstünlük verəcəkləri oyun üslubunu açıqlayıb: "90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

31734 oxunub

InvestAZ