Avro-2020-nin seçmə mərhələsində 8-ci turun oyunları davam edir. Ötən gün daha 7 görüş keçirilib. Əsas diqqətlər H qrupunda keçirilən Fransa - Türkiyə matçına yönəlib. Qrup lideri olan "ay-ulduzlular" son dünya çempionu ilə səfər matçında bir xal əldə edib- 1:1.
B qrupunda Portuqaliyanı qəbul edən Ukrayna 2:1 hesabı ilə qalib gələrək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İngiltərə millisi isə Bolqarıstanla görüşdə amansız olub-0:6
14 oktyabr
A qrupu
Bolqarıstan - İngiltərə - 0:6
Qollar: Reşford, 7. Barkli, 20, 32. Sterlinq, 45+3, 69. H.Keyn, 85.
Kosovo - Monteneqro - 2:0
Qollar: Rahmani, 10. Muriqi, 34.
B qrupu
Ukrayna - Portuqaliya -2:1
Qollar: Yaremçuk, 6 (1:0), Yarmolenko 27 (2:0), Ronaldo, 72-pen. (2:1)
Litva - Serbiya - 1:2
Qollar: Kazlauskas, 79 - Mitroviç, 49, 53.
H qrupu
Fransa - Türkiyə - 1:1
Qolar: Jiru, 76 (1:0), K.Ayhan, 82 (1:1)
İslandiya - Andorra - 2:0
Qol: Siqurdsson, 38. Siqtorsson, 65.
Moldova - Albaniya - 0:4
Qollar: Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90.
56296 oxunub