XƏBƏR LENTİ
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



Qitə çempionatında ölkəmiz 5 şahmatçı ilə təmsil olunacaq
İdman 16:15 / 09.10.2019

Oktyabrın 23-də Batumidə kişi şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatı start götürəcək.
Çempionatda Azərbaycan yığması da iştirak edəcək. Millimizin kapitanı Eltac Səfərli olacaq. Yığmamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov yer alıblar.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adını qazanıblar. Komandamız 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medallara sahib olub.

33765 oxunub

InvestAZ