XƏBƏR LENTİ
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Masallıda cüdo turniri keçirilib
İdman 13:12 / 15.09.2025
"20 sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə uşaqlar arasında cüdo üzrə Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalında təşkil olunub. Turnirdə 10 çəki dərəcəsi üzrə 52 nəfər idmançı mübarizə aparıb. Mübarizədən qalib ayrılan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

240 oxunub

InvestAZ