Polşa millisinin üzvü Robert Levandovski yığma komandada iştirak etməkdən imtina edib.
Olimpnews.az xəbər verir ki, buna səbəb isə onun baş məşqçi tərəfindən kapitanlıqdan məhrum edilməsi olub. Yaranmış vəziyyətlə bağlı Polşa Futbol Assosiasiyası rəsmi açıqlama verib.
"Mətbuatda bizim qurum tərəfindən milli komandanın kapitanı kimi çıxış edən futbolçunun dəyişdirilməsi xəbəri tamailə yanlışdır. Baş məşqçi Mixal Probyerzlə komandanın idarə heyəti arasında görüş olmayıb. Həmin qərar təkcə baş məşqçi tərəfindən verilib", - deyə Federasiyanın mətbuat xidmətindən bildirilib.
Məlumat üçün bildirək ki, 36 yaşlı Robert Levandovski 85 qolla milli komandanın bombardiridir. O, 2008-ci ildən milli komandada çıxış edir. Hücumçu bildirib ki, baş məşqçi dəyişdirilənə qədər millidə oynamayacaq.