XƏBƏR LENTİ
05 İyun 2025
04 İyun 2025
03 İyun 2025
02 İyun 2025
01 İyun 2025
30 May 2025
29 May 2025

Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
İdman 11:19 / 03.06.2025
İyunun 13-20-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Futbol terminologiyası ilə desək, budəfəki "mundial”a qədər Azərbaycan cüdoçularının dünya çempionatlarında qazandığı nailiyyətləri oxucuların diqqətinə çatdıracağıq.
Avropa çempionatlarında olduğu kimi, dünya çempionatlarında da ilk medalımızın müəllifi Nazim Hüseynovdur. Əfsanəvi cüdoçumuz 1991-ci ildə SSRİ yığmasının tərkibində Barselonada keçirilən yarışda bürünc medal qazanıb. Daha sonra 1993-cü ildə artıq müstəqil Azərbaycanın bayrağı altında Kanadanın Hamilton şəhərində gümüş medala sahib çıxıb. Həmin yarışın maraqlı məqamlarından biri də -60 kq çəki dərəcəsində bürünc medal qazanan idmançılardan birinin millimizin hazırkı baş məşqçisi və performans direktoru Riçard Trautman olmasıdır. İlk dünya çempionumuz isə Elxan Məmmədovdur. O, 2013-cü ildə Rio-de-Janeyroda keçirilən yarışda (-100 kq) qızıl medala yiyələnib. Ötən il Əbu-Dabidə keçirilən dünya çempionatında isə Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, bu uğuru təkrarlayıblar. Nazim Hüseynovun 1991-ci ildə SSRİ-nin heyətində qazandığı bürünc medal da nəzərə alınmaqla, Azərbaycan cüdoçularının dünya çempionatlarındakı ümumi medal statistikası belədir: 27 medal (3 qızıl, 6 gümüş, 18 bürünc). İndiyədək 18 cüdoçumuz dünya çempionatında medal sevinci yaşayıb ki, onlardan da 6-sı iki və ya daha çox fəxri kürsüyə yüksəlib. Ən titullu təmsilçimiz isə 4 medalla Hidayət Heydərovdur (1 qızıl, 3 bürünc). Onu 3 medalla Zelim Kotsoyev izləyir. Elxan Məmmədov, Rüstəm Orucov, Nazim Hüseynov və Orxan Səfərovun aktivində isə hərəyə 2 medal var.

Dünya çempionatlarında medal qazanan cüdoçularımız:

1. Hidayət Heydərov - 4 medal (1 qızıl - 2024, 3 bürünc - 2018, 2019, 2022)
2. Zelim Kotsoyev - 3 medal (1 qızıl - 2024, 2 bürünc - 2022, 2023)
3. Elxan Məmmədov - 2 medal (1 qızıl - 2013, 1 bürünc - 2010)
4. Rüstəm Orucov - 2 medal (2 gümüş - 2017, 2019)
5. Nazim Hüseynov - 2 medal (1 gümüş - 1993, 1 bürünc - 1991)
6. Orxan Səfərov - 2 medal (1 gümüş - 2017, 1 bürünc - 2013)
7. Elnur Məmmədli - 1 gümüş medal (2007)
8. Uşanqi Kokauri - 1 gümüş medal (2018)
9. Elxan Rəcəbli - 1 bürünc medal (2001)
10. Rəsul Səlimov - 1 bürünc medal (2001)
11. Mövlud Mirəliyev - 1 bürünc medal (2003)
12. Nicat Şıxəlizadə - 1 bürünc medal (2005)
13. Kifayət Qasımova - 1 bürünc medal (2009)
14. Ramilə Yusubova - 1 bürünc medal (2010)
15. İlqar Müşkiyev - 1 bürünc medal (2011)
16. Elmar Qasımov - 1 bürünc medal (2017)
17. İrina Kindzerskaya - 1 bürünc medal (2017)
18. Kəramət Hüseynov - 1 bürünc medal (2021)

Cüdoçularımız qızıl medalları -73 kq və -100 kq çəki dərəcələrində qazanıblar. Maraqlıdır ki, Elxan Məmmədov və onun tələbəsi Zelim Kotsoyev bu uğura eyni çəkidə (-100 kq) nail olub. Hidayət Heydərov bütün mundial medallarını -73 kq-da qazanıb. Elxan Məmmədov DÇ bürüncünü isə -90 kq çəkidə əldə edib. Mövlud Mirəliyev isə Osaka-2003-də hazırda mövcud olmayan mütləq çəki dərəcəsində (açıq çəki kateqoriyasında) üçüncü olub.

Çəki dərəcələri üzrə medallar:

Kişilər:
- 60 kq - 7 medal (2 gümüş, 5 bürünc)
- 66 kq - 0
- 73 kq - 7 medal (1 qızıl, 3 gümüş, 3 bürünc)
- 81 kq - 1 bürünc
- 90 kq - 2 bürünc
- 100 kq - 5 medal (2 qızıl, 3 bürünc)
+ 100 kq - 1 gümüş
Mütləq çəki - 1 bürünc

Qadınlar:
- 57 kq - 1 bürünc
- 63 kq - 1 bürünc
+78 kq - 1 bürünc
(Qadınlar arasında digər çəki dərəcələrində medal yoxdur)
Medalların cinslər üzrə bölgüsündə kişilərin böyük üstünlüyü var. Qadınlardan yalnız Kifayət Qasımova (-57 kq) Rotterdam-2009-da, Ramilə Yusubova Tokio-2010-da və İrina Kindzerskaya (+78 kq) Budapeşt-2017-də bürünc medala sahib çıxıblar.

Qadın və kişi idmançılar üzrə:
Kişilər - 24 medal (3 qızıl, 6 gümüş, 15 bürünc)
Qadınlar - 3 bürünc medal

Ölkəmiz müstəqillik qazandığı dövrdən sonra cüdoçularımız 21 dünya çempionatında iştirak edib ki, bunlardan da 16-da Vətənə medalla qayıtmağı bacarıb. Medal sayı baxımından ən yaxşı nəticəmiz 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatında qeydə alınıb. Həmin yarışda təmsilçilərimiz 2 gümüş, 2 bürünc olmaqla 4 medalla yadda qalıblar. Əyar baxımından isə cüdo tariximizin ən uğurlu dünya çempionatı ötən il 2 qızıl medalla tamamladığımız Əbu-Dabidəki yarışdır. Ümumilikdə, planetin ən güclü cüdoçularının müəyyənləşdiyi 8 yarışda isə ölkəmiz aktivinə 2 və daha çox medal yazdırıb.

Ən çox medal qazandığımız dünya çempionatları:

1. Budapeşt-2017 - 4 medal (2 gümüş, 2 bürünc)
2. Əbu-Dabi-2024 - 2 qızıl medal
3. Rio-de-Janeyro-2013 - 2 medal (1 qızıl, 1 bürünc)
4. Bakı-2018 - 2 medal (1 gümüş, 1 bürünc)
5. Tokio-2019 - 2 medal (1 gümüş, 1 bürünc)
6. Münhen-2001 - 2 bürünc medal
7. Tokio-2010 - 2 bürünc medal
8. Daşkənd-2022 - 2 bürünc medal

8 dünya çempionatının hər birində 1 medal qazanılıb:

1. Hamilton-1993 - gümüş medal
2. Rio-de-Janeyro-2007 - gümüş medal
3. Osaka-2003 - bürünc medal
4. Qahirə-2005 - bürünc medal
5. Rotterdam-2009 - bürünc medal
6. Paris-2011 - bürünc medal
7. Budapeşt-2021 - bürünc medal
8. Doha-2023 - bürünc medal
Qeyd: Barselona-1991 - bürünc medal (SSRİ komandasının tərkibində)

Beş dünya çempionatında cüdoçularımız fəxri kürsüdə yer almayıb:

1. Çiba-1995
2. Paris-1997
3. Birmingem-1999
4. Çelyabinsk-2014
5. Astana-2015

Budapeştdə keçiriləcək növbəti dünya çempionatında cüdoçularımızın uğurlu çıxış edəcəklərinə və Azərbaycana medallarla dönəcəklərinə inanıram.

P.S əvəzi maraqlı fakt: Ölkəmizin dünya çempionatlarında son 5 medalını iki cüdoçumuz Hidayət Heydərov və Zelim Kotsoyev qazanıb.

Elmar Rzalı,
Azərbaycan Cüdo Federasiyasının
Kommunikasiyalar və sosial layihələr
şöbəsinin aparıcı mütəxəssisi

465 oxunub

InvestAZ