XƏBƏR LENTİ
06 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



"Yuventus"un əfsanəsi 50 yaşında məşqçilik lisenziyası aldı
İdman 18:50 / 21.05.2025

"Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pyeroya İtaliya Futbol Federasiyası tərəfindən məşqçilik lisenziyası verilib. İtaliyalı veteran hücumçu bu uğuruna 50 yaşında nail olub.

Xatırladaq ki, Del Pyero karyerasını 2015-ci ildə başa vurub.Onun son çıxış etdiyi klub Hindistanın "Dehli Dinamos"u olub. Alessandro "Yuventus”un bütün zamanların bombardiri (290 qol), ən çox oyun keçirən (705) futbolçusu kimi tarixə düşüb.


2646 oxunub

InvestAZ