XƏBƏR LENTİ
03 May 2025
02 May 2025



Braziliyalı döyüşçü diskvalifikasiya edilib
İdman 23:50 / 02.05.2025
UFC yarışların iştirak edən braziliyalı Duqlas Silva de Andrade antidopinq qaydalarını pozduğuna görə 6 aylıq diskvalifikasiya olunub. Qurumdan verilən məlumata görə, fevralın 14-də 39 yaşlı idmançının götürülən  nümunədə furosemid aşkar olunub. Braziliyalının cəzası fevralın 28-də qüvvəyə minib və avqustun 28-dək davam edəcək.
Məlumat üçün bildirək ki, Silva de Andrade sonuncu dəfə 2024-cü ilin iyununda oktaqonda görünüb. O, Miles Consa uduzub. Ümumilikdə onun MMA-da 29 qələbə və 6 məğlubiyyəti var.

340 oxunub

InvestAZ