XƏBƏR LENTİ
03 Aprel 2025
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025



Azərbaycan çempionatında yeni rekord
İdman 12:28 / 30.03.2025

Misli Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq. Son olaraq iki oyun keçiriləcək. "Səbail" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma saat 16:00-da start götürəcək. Gəncə təmsilçisi 23 xalla doqquzuncu, Bakı klubu 18 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Tur saat 18:00-da başlayacaq "Zirə" - "Şamaxı" görüşü ilə başa çatacaq. Meydan sahibləri 52 xalla ikinci, qonaqlar 28 xalla 8-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" (3:3) oyunlarında qalib müəyyənləşməyib.


495 oxunub

InvestAZ