XƏBƏR LENTİ
03 Aprel 2025
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025



Paytaxtımız bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
İdman 11:11 / 01.04.2025

Aprelin 18-20-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku təşkil olunacaq. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mötəbər turnir Milli Gimnastika Arenasında keçiriləcək və gimnastlar müxtəlif növlərdə öz bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışda iştirak edən gimnastlar, həmçinin çoxnövçülük və ayrı-ayrı alətlər üzrə mübarizə aparacaqlar. Yarışın sonunda ən yüksək icra xalı toplayan gimnast və qrup komandası ənənəvi olaraq "AGF Trophy" kuboku ilə mükafatlandırılacaq.



618 oxunub

InvestAZ