XƏBƏR LENTİ
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025
30 Mart 2025



Kriştianu Ronaldo "Real Madrid"ə qayıda bilər?
İdman 20:03 / 31.03.2025

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo tezliklə "Real Madrid"ə qayıtmağa müsbət yanaşır. Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 39 yaşlı forvardın müqaviləsi bu yay başa çatır və onun karyerasını yenidən Madrid klubunda davam etdirmək ehtimalı artır.

Mətbuatda yayılan xəbərlərə görə, "Real Madrid" rəhbərliyi Ronaldonun kluba qayıdışı üçün müəyyən şərtləri nəzərdən keçirir. Lakin onun əsas heyətdə yoxsa klubun strukturunda başqa bir vəzifədə geri dönəcəyi hələlik dəqiqləşməyib.

Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"in heyətində çıxış edərək 450 qol vurub və 4 dəfə UEFA Çempionlar Liqasını qazanıb. Əgər onun qayıdışı baş tutarsa, bu, futbol dünyasında böyük rezonans doğuracaq.



446 oxunub

InvestAZ