XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Yüksək Liqa: "Abşeron" Zirvədə
İdman 21:49 / 27.03.2025

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turunun oyunları keçirilib.

"Abşeron" komandası UNEC üzərində inamlı qələbə qazanıb – 3:0.

Digər qarşılaşmada "Azərreyl" "Murov Az Terminal"ı 3:1 hesabı ilə məğlub edib.

"Gəncə" isə "Milli Aviasiya Akademiyası" ilə gərgin mübarizədə qalib gələrək 3:1 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra "Abşeron" 43 xalla turnir cədvəlinin zirvəsində yer alır. "Milli Aviasiya Akademiyası" 39 xalla ikinci pillədə qərarlaşıb. "Azərreyl" 29 xalla üçüncü, "Gəncə" isə 24 xalla dördüncüdür. "Murov Az Terminal" 18 xalla beşinci sırada yer alıb. Xal toplaya bilməyən UNEC isə altıncı pillədə qərarlaşıb.


14274 oxunub

InvestAZ