XƏBƏR LENTİ
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Qəbələ - Xankəndi ultramarafonu keçiriləcək
İdman 09:50 / 27.03.2025
Aprelin 10-dan 13-dək Qəbələ - Xankəndi ultramarafonu təşkil ediləcək.
Unikal yarış "İdman Paytaxtı” Qəbələ şəhərindən başlayaraq, 192 km-lik məsafəni əhatə edərək Xankəndidə başa çatacaq.

Ultramarafonun yarışçıları dörd mərhələdən ibarət məsafəni keçəcəklər: Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km) və Ağdam - Xankəndi (28 km). Hər bir mərhələnin qalibləri xüsusi mükafatlarla təltif olunacaq, amma ümumi ultramarafon qalibi baş mükafatı əldə edəcək.



14633 oxunub

InvestAZ