XƏBƏR LENTİ
18 Mart 2025
17 Mart 2025
16 Mart 2025



Azərbaycanlı hakim beynəlxalq kursda iştirak etdi
İdman 21:26 / 17.03.2025

Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Belçikanın paytaxtı Brüsseldə Dünya Taekvondosu tərəfindən beynəlxalq dərəcəli hakimlər üçün keçirilən yenilənmə kursunda iştirak edib.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kurslar martın 10-dan 14-dək davam edib.

Bundan başqa, o, ATF-nin Hakimlər Komitəsinin sədri Gündüz Abdullayevlə birgə Belçikanın Lommel şəhərində keçirilmiş "Belgian open” beynəlxalq turnirində hakim qismində təmsil olunub.


127 oxunub

InvestAZ