XƏBƏR LENTİ
18 Mart 2025
17 Mart 2025
16 Mart 2025



Cənub bölgəsinin güləşçiləri Avropa çempionatında uğurla çıxış ediblər
İdman 19:05 / 16.03.2025

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatında Lənkəran - Astara region idmançıları yüksək nəticələr qazanıblar. Yunan-Roma güləşi üzrə yarışda 72 kq çəki dərəcəsində mübarizə aparan Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ruslan Nurullayev finalda rusiyalı idmançı (UWW) üzərində 3:2 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 63 kq çəki dərəcəsində yarışan cəlilabadlı idmançı Ziya Babaşov isə gümüş medala layiq görülüb. Lənkərandan olan güləşçi Xasay Həsənli 77 kq-da bürünc medal əldə edib.


286 oxunub

InvestAZ