XƏBƏR LENTİ
18 Mart 2025
17 Mart 2025
16 Mart 2025



Azərbaycan taekvondo millisi Lommeldə böyük uğura imza atdı
İdman 13:16 / 16.03.2025

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilən açıq çempionatda 6 medal qazanıblar.

AzərbaycanTaekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamızın üzvü Bəhruz Quluzadə (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaşım Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq), Səmərrrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.
391 oxunub

InvestAZ