XƏBƏR LENTİ
18 Mart 2025
17 Mart 2025
16 Mart 2025



Karate komandamız Çindəki yarışda iki bürünc medal əldə etdi
İdman 14:09 / 16.03.2025

Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində keçirilən "Karate1 Premiyer Liqa"da iki bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb. Komandamızın üzvlərindən Nuran Rzazadə (67 kq) və Fərid Ağayev (75 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, yığmamız yarışda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.


310 oxunub

InvestAZ