XƏBƏR LENTİ
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025



Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşdi
İdman 18:35 / 12.03.2025

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

"Sərhədçi” və "Gəncə” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında reallaşan görüş bölgə təmsilçisinin 94:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçında "Sabah” ilə "Neftçi” qarşılaşacaq. Eyni məkanda təşkil olunacaq oyunun start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl NTD və "Naxçıvan” komandaları adlarını növbəti raunda yazdırıblar.


201 oxunub

InvestAZ