XƏBƏR LENTİ
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025



Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb
İdman 19:36 / 12.03.2025

Bu il Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca mundialın tanıtım videoçarxı və kuboku, eləcə də maskotu Maralzadə ictimaiyyətə təqdim olunub.
Dünya Minifutbol Federasiyanın (WMF) prezidenti Filip Juda dünya çempionatına ev sahibliyinə görə Azərbaycana təşəkkür edib. O, mundialın yüksək səviyyədə keçiriləcəyinə inamını ifadə edib.
Azərbaycanda son illər nüfuzlu beynəlxalq yarışların təşkil edildiyini xatırladan gənclər və idman naziri Fərid Qayıbov Bakının minifutbol üzrə dünya çempionatına da uğurla ev sahibliyi edəcəyini vurğulayıb.
AFFA-nın prezidenti Rövşən Nəcəf belə bir turnirin Azərbaycanda keçirilməsinin böyük idman hadisəsi olduğunu bildirib.
Azərbaycan Minifutbol Federasiyanın prezidenti Orxan Məmmədov dünya çempionatı kimi yarışa ev sahibliyi etməyin qürurverici olduğunu söyləyib. O, qeyd edib ki, bu, təkcə bir idman yarışı deyil, həm də xalqları birləşdirən hadisədir. O.Məmmədov sonda mundiala ev sahibliyini Azərbaycana həvalə edən Dünya Minifutbol Federasiyana təşəkkürünü bildirib.
Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.
Qeyd edək ki, Dünya Minifutbol Federasiyası tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub.
Çıxışlardan sonra 2015-ci ildən keçirilmiş minifutbol üzrə dünya çempionatının tarixindən bəhs edən video göstərilib.
Ardınca "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, Azərbaycan minifutbol millisinin sabiq üzvü, Avropa çempionu Seymur Məmmədov və Portuqaliya futbolunun əfsanəsi Luiş Naninin iştirakı ilə püşkatma mərasimi keçirilib və qrupların tərkibi müəyyənləşib.
Elşad Quliyevin baş məşqçi olduğu yığmamız Mavritaniya, Sloveniya və Bəhreyn komandaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail



273 oxunub

InvestAZ