XƏBƏR LENTİ
04 Mart 2025
03 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025



Dünya çempionatından 4 medal
İdman 11:18 / 28.02.2025

Koreş idman növü üzrə Azərbaycan millisinin üzvləri Hindistanın paytaxtı Dehli şəhərində keçirilən dünya çempionatında uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kişilər arasında Eyvaz Baxşiyev (60 kq), Hacalı Qasımov (74 kq) və Abdulla Abdullayev (82 kq) bürünc medal qazanıblar.

Qadınların mübarizəsində isə Şəhanə Alməmmədova (70 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.



417 oxunub

InvestAZ