XƏBƏR LENTİ
04 Mart 2025
03 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025



MOK 105 illik yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib
İdman 23:08 / 01.03.2025

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşı tamam olur.

Ötən dövrdə müxtəlif adlarla fəaliyyət göstərən AZƏRTAC bu gün 105 yaşını qeyd edir. 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib. Həmin il martın 2-də "Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Təəssüf ki, Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib.

AXC-nin süqutundan sonra agentlik Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərib və 70 il ərzində adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Lakin buna baxmayaraq, agentlik üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da, axıradək yerinə yetirib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra agentliyin tarixi adı qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.

Azərbaycan Milli Olimpiya Komitəsi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 illik yubileyi münasibətilə kollektivin bütün üzvlərini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.


696 oxunub

InvestAZ