XƏBƏR LENTİ
04 Mart 2025
03 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025



Basketbol Liqası: Bu gün XV tur çərçivəsində daha iki oyun keçiriləcək
İdman 11:48 / 27.02.2025

Bu gün Azərbaycan Basketbol Liqasında XV turun daha iki oyunu keçiriləcək. Hər iki qarşılaşma B qrupunun komandaları arasımda olacaq. 

"Ordu” klubu "Sərhədçi” İdman Mərkəzində "Quba” klubu ilə qarşılaşacaq. "Ordu” qrupda 24 xalla ikinci, "Quba" isə 18 xalla beşincidir.

Turun digər qarşılaşmasında "Sumqayıt” klubu doğma meydanda "Gəncə” ilə üz-üzə gələcək. Oyun  Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq. "Gəncə” 24 xalla B qrupuna başçılıq edir. Aktivində 19 xalı olan "Sumqayıt" isə 4-cüdür. Hər iki görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, tura ötən gün keçirilən "Neftçi” - "Abşeron” oyunu ilə start verilib. Qarşılaşma "Neftçi" klubunun 80:56 hesablı qələbəsi ilə başa çatıb. 


898 oxunub

InvestAZ