Azərbaycan Atıcılıq Federasiyası (AAF) ötən ilin ən yaxşı idmançılarını mükafatlandırıb.
İl ərzində əldə etdikləri beynəlxalq uğurlara əsaslanan daxili qiymətləndirmə nəticəsində Vladislav Kalmıkov ilin ən yaxşı kişi, Leyli Əliyeva isə ən yaxşı qadın idmançısı seçilib.
Atıcılıq üzrə olimpiya növlərində Azərbaycan rekordlarını yeniləyən Nigar Nəsirova, Ruslan Lunyov, Reqina Meftahətdinova, Zeynəb Sultanova və Üzeyir Tapdıqlı xüsusi mükafatlarla təltif olunublar.
Tədbirdə AAF-nin vitse-prezidentləri Zemfira Meftahətdinova və Tofiq Bəylərov, baş katib Emin Cəfərov, eləcə də federasiyanın məşqçiləri və idmançıları iştirak ediblər.