"Barselona" rəhbərliyi qış transfer pəncərəsində yeni sol cinah oyunçusu axtarışanı çıxıb. "Mundo Deportivo"nun məlumata görə klub prezidenti Xoan Laporta, baş məşqçi Hansi Flik və idman direktoru Deko arasında söhbət zamanı məlum olub ki, nə Rafinya, nə də Fermin Lopez komandanın sol cinah oyunçusu rolunun öhdəsindən tam gələ bilmir.
Xatırladaq ki, Kataloniya təmsilçisi La liqada 19 turdan sonra turnir cədvəlinin 3-cü pillədə qərarlaşıb. Çempionlar Liqasının altı turun nəticələrinə əsasən, "Barselona” ikinci pillədədir.
İspaniya nəhəngi növbəti matçını yanvarın 8-də İspaniya Superkubokunun yarımfinalında səfərdə "Atletik Bilbao”ya qarşı keçirəcək.
369 oxunub