Moldovanın "Daçiya" klubu "Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldoya müraciət ünvanlayıb. Moldovalılar ulduz futbolçunu karyerasını "Daçiya"da komandasında davam etdirməyə dəvət edib. "Kriştianu Ronaldo hələ "Əl-Nəsr" ilə müqaviləsini artırmayıb. Biz "Daçiya" Akademiyası olaraq hesab edirik ki, onun futbolçu karyerasını davam etdirmək üçün ən yaxşı variant bizim klubumuzdur. Birincisi, o, digər rənglərə alışmaq məcburiyyətində qalmayacaq; biz də sarı və mavi rənglərdə oynayırıq. Karyerası başa çatdıqdan sonra ona klub rəhbərliyində beynəlxalq akademiya səfiri və ya uşaq qrupunun məşqçisi kimi yer vəd edirik. Kriştianu biz səni gözləyirik”, - komandanın sosial şəbəkələrində dərc olunan bəyanatda deyilir. Qeyd edək ki, Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro qiymətləndirilir.
598 oxunub