XƏBƏR LENTİ
02 Yanvar 2025
31 Dekabr 2024
29 Dekabr 2024
28 Dekabr 2024
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024



BOK prezidentliyinə namizədlərin sənədləri dərc edilib
İdman 13:49 / 28.12.2024

Gələn ilin yanvarın 30-da İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentliyinə namizədlərin təqdimatı və BOK-un növbədənkənar sessiyası keçiriləcək.

Artıq Beynəlxalq Olimpiya Komitəsi qurumun rəhbəri olmaq üçün yeni namizədlərin namizədlik sənədlərini ioc.org saytında fransız və ingilis dilində yerləşdirib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidentliyinə seçkilər gələn ilin martında BOK-un Yunanıstanda keçiriləcək 144-cü sessiyası zamanı olacaq.

BOK-un prezidentliyinə 7 nəfər - Sebastyan Koe (Beynəlxalq AtletikaFederasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Gimnastika Federasiyasınıprezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Xuan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti), Faysal Əl-Hüseyn (BOK-un İcraiyyə Şurasının üzvü) və Kirsti Koventri (üzgüçülük üzrə ikiqat Olimpiya çempionu) namizəddir.



813 oxunub

InvestAZ