Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatına start verilib.
Yarışın ilk günündə 2011-2013-cü il təvəllüdlü yeniyetmə taelvondoçular mübarizəyə qoşulublar.
Günün sonunda oğlanlar arasında 37 kq, 41 kq, 57 kq, 61 kq, 65 kq, +65 kq, qızlar arasında 55 kq, 59 kq, +59 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Oğlanlar arasında Musa Süleymanlı (37 kq), Nicat Nadirov (41 kq), Elmir Salimov (57 kq), Rəsul Cavadzadə (61 kq), Yusif Nağızadə (65 kq), Fuad Həsənov (+65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qızların mübarizəsində isə Eda Eren (55 kq), Gulnaz Abdullayeva (59 kq) və Aliyə Məmmədli (+59 kq) qalib olublar.
Qeyd edək ki, çempionat və birincilikdə hər üç yaş qrupu üzrə ümumilikdə 78 klubdan 959 idmançı mübarizə aparır.