Dekabrın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında Qazaxıstanın Mangistau şəhərinin futbol veteranları ilə yerli KİV nümayəndələri arasında yoldaşlıq görüşü təşkil edilib. AİJA-nın mətbuat xidmətindən verilən məlumata görə, gərgin və qarşılıqlı hücumlar şəraitində keçən görüş qonaqların üstünlüyü ilə başa çatıb -6:2.
Xatırladaq ki, dekabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstanın Mangistau şəhərinin futbol veteranları ilə "Neftçi" klubunun veteranları arasında yoldaşlıq görüşü keçirilib. Gərgin və maraqlı keçən qarşılaşmada "Neftçi" veteranları qalib gəliblər-5:3.
Görüş başa çatdıqdan sonra matçın ən yaxşı oyunçusu Canbulat Kibisova diplom və qiymətli hədiyyə təqdim edilib.