XƏBƏR LENTİ
25 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



III minifutbol turnirinin açılış mərasimi keçirilib
İdman 14:51 / 13.12.2024

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib. Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Ardınca ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edərək ulu öndərin xatirəsinə həsr olunmuş turnirin yüksək səviyyədə keçiriləcəyini deyib: "Heydər Əliyev daim idmana öz qayğısını göstərir, futbola xüsusi rəğbətlə yanaşırdı. Federasiya olaraq çalışırıq ki, bu idman növünə diqqət yetirək və xüsusilə gənclər arasında minifutbolu inkişaf etdirək. İldən-ilə komandaların sayının çoxalacağına, rəqabətin artacağına ümid edirik”.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev turnir iştirakçılarına uğurlar arzulayaraq, bundan əvvəlki yarışların çox böyük marağa səbəb olduğunu bildirib. O, budəfəki turnirin də eyni qaydada keçiriləcəyinə əminliyini ifadə edib.

Gənclər və idman naziri Fərid Qayıbov turnirin təşkili üçün AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşəkkürünü bildirərək, hər il yarışların maraqlı və gərgin keçdiyini qeyd edib. Onun sözlərinə görə, turnirin final matçlarında tribunalar hər zaman azarkeşlərlə dolu olub.

Daha sonra turnir açıq elan olunub. Yarış Baş Prokurorluq və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti komandaları arasında oyunla start götürüb.

Qeyd edək ki, turnirdə 39 komanda iştirak edir.


17602 oxunub

InvestAZ