Bu gün futbol üzrə UEFA Avropa Liqasının liqa mərhələsində VI turun oyunları keçiriləcək. Azərbaycanın qitənin ən nüfuzlu ikinci klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" da bu gün növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası İsveçin Boras şəhərində yerli "Elfsborq” klubunun qonağı olacaq. "Boras Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edəcək.
Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Müdafiəçilər Kevin Medina, Bəhlul Mustafazadə və yarımmüdafiəçi Aleksey İsayev zədəli olduqları üçün görüşü buraxacaqlar.
Qeyd edək ki, aktivində 3 xalı olan "Qarabağ” turnir cədvəlinin 32-ci pilləsində qərarlaşıb. Azərbaycan təmsilçisi pley-offa adlamaq üçün ilk 24 komanda arasına düşməlidir.