Futbol üzrə UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turuna yekun vurulub. İkinci oyun günündə daha 9 qarşılaşma təşkil olunub.Gecənin ilk oyunları İspaniya və Fransada keçirilib. Müvafiq olaraq, "Atletiko” Slovakiyanın "Slovan” komandasını 3:1, "Lill” isə Avstriyanın "Şturm” klubunu 3:2 hesabı ilə məğlub edib.
Turun maraqla gözlənilən görüşlərindən biri Almaniyada təşkil olunub. İspaniyanın "Barselona” klubuDortmundda "Borussiya”nı3:2 hesabı ilə məğlub edib. Gecənin digər maraqlı oyunu isə Turində baş tutub. Belə ki, İtaliyanın "Yuventus" klubu doğma azarkeşlər önündə İngiltərənin "Mançester Siti” klubuna2:0 hesabı ilə qalib gəlib. Günün digər oyunlarında bu nəticələr qeydə alınıb:
UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VI tur
"Atletiko” (İspaniya) - "Slovan” (Slovakiya) - 3:1
"Lill” (Fransa) - "Şturm” (Avstriya) - 3:2
"Borussiya” (Almaniya, Dortmund) - "Barselona” (İspaniya) - 2:3
"Yuventus” (İtaliya) - "Mançester Siti” (İngiltərə) - 2:0
"Benfika” (Portuqaliya) - "Bolonya” (İtaliya) - 0:0
"Arsenal” (İngiltərə) - "Monako” (Fransa) - 3:0
"Milan” (İtaliya) - "Srvena Zvezda” (Serbiya) - 2:1
"Feyenoord” (Niderland) - "Sparta” (Çexiya) - 4:2
"Ştutqart” (Almaniya) - "Yanq Boyz” (İsveçrə) - 5:1