Azərbaycan tarixində ilk dəfə "Prezident Kuboku" uğrunda tam məsafəyə marafon qaçışı keçiriləcək.
Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarış dekabrın 22-də Qubada təşkil olunacaq.
Ümumi yaş kateqoriyası ilə yanaşı, 40, 50 və 60-dan yuxarı yaş kateqoriyalarında da qaliblər müəyyənləşəcək.
Fərqlənənlərə pul mükafatı ilə yanaşı, sertifikat, medal və digər qiymətli hədiyyələr veriləcək.