Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura yekun vurulacaq. İkinci oyun günündə azarkeşlər daha 9 oyun izləyəcəklər. Gecənin maraqla gözlənilən oyunlarından biri Almaniyada təşkil olunacaq.İspaniyanın "Barselona” komandası Dortmunda"Borussiya”nın qonağı olacaq. Günün digər maraqlı qarşılaşması isə Turində oynanılacaq. Son oyunlarda uğursuzluqla üzləşən "Mançester Siti” (İngiltərə) səfərdə İtaliyanın "Yuventus” klubu ilə qarşılaşacaq.İngiltərənin digər təmsilçisi "Arsenal” isə doğma meydandaFransa "Monako”su ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
11 dekabr
21:45. "Atletiko” (İspaniya) - "Slovan” (Slovakiya)
21:45. "Lill” (Fransa) - "Şturm” (Avstriya)
00:00. "Borussiya” (Dortmund, Almaniya) - "Barselona” (İspaniya)
00:00. "Yuventus” (İtaliya) - "Mançester Siti” (İngiltərə)
00:00. "Benfika” (Portuqaliya) - "Bolonya” (İtaliya)
00:00. "Arsenal” (İngiltərə) - "Monako” (Fransa)
00:00. "Milan” (İtaliya) - "Srvena Zvezda” (Serbiya)
00:00. "Feyenoord” (Niderland) - "Sparta” (Çexiya)
00:00. "Ştutqart” (Almaniya) - "Yanq Boys” (İsveçrə