XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Avropa Kuboku: “Qarabağ” növbəti mərhələdə
İdman 09:11 / 07.10.2024

Qadın həndbolçulardan ibarət "Qarabağ” komandası Avropa Kubokunda III mərhələyə yüksəlib. II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.

İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, qarşılıqlı razılığa əsasən hər iki oyun Bakıda təşkil olunub. III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.

Avropa Kubokundakı digər təmsilçilərimiz "Kür" və "Azəryol” komandaları isə mübarizəni dayandırıblar. "Kür” Yunanıstanın "İonias" klubuna, "Azəryol” isə "Qaliçanka”ya (Ukrayna) məğlub olaraq turnirlə vidalaşıb.


1307 oxunub

InvestAZ