XƏBƏR LENTİ
30 Dekabr 2024
29 Dekabr 2024
28 Dekabr 2024
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024



Gənc cüdoçularımız dünya çempionatında üç medalla qayıdırlar
İdman 10:32 / 07.10.2024

Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı keçirilib. 67 ölkədən 531 (290 oğlan, 241 qız) cüdoçunun iştirak etdiyi fərdi yarışlarda yığma komandamızın 13 (9 oğlan, 4 qız) üzvü təmsil olunub.

Cüdoçularımız fərdi yarışları 1 gümüş, 2 bürünc medalla başa vurublar. Komandamıza gümüş medalı +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov qazandırıb. Finala qədər inamla irəliləyən cüdoçumuz həlledici görüşdə Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Denis Batçayevlə qarşılaşıb. Rəqibinə ipponla uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.

Komandamıza bürünc medalları isə Süleyman Şükürov (-81 kq) və Əjdər Bağırov (-100 kq) qazandırıb.

Çempionatın son günündə komanda yarışları keçirilib. Mübarizəyə 1/8 finaldan başlayan Azərbaycan cüdoçuları ilk mərhələdə ev sahiblərini 4:2 hesabı ilə məğlub ediblər. 1/4 finalda Türkmənistanı 4:0 hesabı ilə üstələyən cüdo yığmamız yarımfinalda məğlubiyyətlə üzləşib. Fransa komandası ilə gərgin mübarizədə 4:3 hesabı ilə məğlub olan komandamız bürünc uğrunda görüşdə Özbəkistan idmançıları ilə qarşılaşıblar. Bu görüşdə də rəqibinə uduzan (2:4) cüdoçularımız dünya çempionatını medalsız başa vurublar.



2478 oxunub

InvestAZ