XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Basketbol millimizin oyunlarının yeri dəyişdirilib
İdman 18:08 / 25.09.2024

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyun təqvimində dəyişikliklər olub.

Azərbaycan Basketbol Federasiyasındanverilən məlumata görə, Beynəlxalq Basketbol Federasiyasının yekun qərarına əsasən, noyabrın 7-də Bakıda Polşa yığmasını qəbul etməli olan millimiz bu görüşü rəqib meydanında - Sosnoviç şəhərində yerləşən "Arena Sosnoviç”də keçirəcək. Həmin qarşılaşmada Polşa seçməsi ev sahibi olacaq. Əvəzində isə 2025-ci il fevralın 9-da Polşa yığması Bakıda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 10-da Bakıda Litva millisi ilə keçirilməsi nəzərdə tutulan görüş də "Arena Sosnoviç”də oynanılacaq.

Qeyd olunan dəyişikliklər noyabr ayında ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) ev sahibliyi etməsi ilə bağlıdır.


526 oxunub

InvestAZ