"Komo"nun müdafiəçisi Rafael Varan peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib. Xəbəri "Relevo"nun jurnalisti Matteo Moretto öz sosial şəbəkə hesabında yayıb.
Xatırladaq ki, bu mövsüm 31 yaşlı Rafael Varan azad agent kimi «Komoy»a keçmişdi.
Fransalı futbolçu "Real Madrid”, "Mançester Yunayted” və Fransa millisindəki çıxışları ilə tanınıb. O, 2018-ci ildə Fransa millisinin tərkibində dünya çempionu olub. Madrid «Real»ı ilə 4 dəfə Çempionlar Liqasının qalibi olub.