Sentyabrın 27-28-də Monteneqronun Budva şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü seminarı keçiriləcək.
Seminarda Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.
Tədbirdə BOK-un XXXIII Paris Yay Olimpiya Oyunları haqqında hesabatlarıdinlənəcək və Avropa idmançılarının nəticələri ətrafında müzakirələr aparılacaq. Əlavə olaraq, seminar çərçivəsində"İdmanda davamlılıq”, "Gender bərabərliyi”, süni intellekt, 2025-ci ildə Gürcüstanın Bakuriani şəhərində keçiriləcək XVII Avropa Gənclərinin Qış Olimpiya Festivalı və Şimali Makedoniyanın paytaxtı Skopye şəhərindəkeçiriləcək XVIII Avropa Gənclərinin Yay Olimpiya Festivalı həmçinin Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci seminarı və digər məsələlər müzakirə olunacaq.
AOK-un 44-cü seminarına sentyabrın 28-də yekun vurulacaq.