Bərbad avtomobillərə milyonları kim verəcək? - FOTO
İdman 14:23 / 25.09.2024
"RM Sothebys” hərrac evi oktyabrın sonunda "The Junkyard: The Rudi Klein Collection” adlı genişmiqyaslı hərrac keçirməyi planlaşdırır. Hərracda onlarla nadir və köhnə avtomobillərin nümayiş olunacaq. Avtomobillərin əksəriyyəti bərbad vəziyyətdədir. Belə ki, həmin kolleksiya 50 il ərzində lazımi qayğı göstərilmədən qarajda saxalanılıb. Buna baxmayaraq həmin lotların dəyəri milyonlarla dollarla qiymətləndirilir. Bu kuzov üslubunda «300 SL»in yalnız 29 nümunəsi istehsal edilib və yalnız bu model qara rəngdə olub. Avtomobil əvvəlcə 1932-1949-cu illər arasında üç dəfə «Le Manda 24 saat» yarışında qalib gələn italiyalı sürücü Luici Çinetti üçün hazırlanıb. Avtomobil Rudi Kleinin kolleksiyasına 1976-cı ildə daxil olub. Hazırda bərbad olan avtomobilə yeni həyat vermək mümkündür. Lotun gözlənilən qiyməti 4,5-6 milyon dollar təşkil edir. Səhmdarlar xüsusi olaraq müharibədən əvvəlki Qran-Pri yarışının ulduzu Rudolf Karaççiola üçün yaradılmış unikal «Mercedes-Benz 500K» üçün təxminən eyni məbləğdə qazanc əldə edəcəklərini gözləyirlər. Bu lotun təxmini qiyməti 4-6 milyon dollar təşkil edir. Bundan əlavə, 1939-cu ildə istehsal olunmuş və daha əlverişli vəziyyətdə olan "Horch 855 Special Roadster"in 3-4 milyon dollara qədər satmaq imkanı yaranıb. Bildirilir ki, hərraca «Porsche», «Aston Martin», «Lamborghini» və digər markaların avtomobilləri də çıxarılacaq.
3110 oxunub