XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Komandamızn oyunlarının təqvimi müəyyənləşdi
İdman 10:06 / 25.09.2024

Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

A qrupunda yer alan yığma oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində İspaniya, İngiltərə və Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.

Sahib Məmmədovun baş məşqçisi olduğu komanda oktyabrın 4-də İngiltərə, bir gün sonra Gürcüstan milliləri ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. Yığma oktyabrın 7-də, saat 20:00-da yerli komanda ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.


463 oxunub

InvestAZ