XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Azərbaycan və Konqo Demokratik Respublikası arasında Anlaşma Memorandumu imzalanıb
İdman 11:40 / 25.09.2024

Sentyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Konqo Demokratik Respublikasının idman və istirahət naziri Didye Budimbu Ntubuanqanı və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Gənclər vəİdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Fərid Qayıbov qonaqları salamlayıb və iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq ölkəmizdə olduğu müddətdə bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olduğunu qeyd edib və Bakıda müasir idman infrastrukturunun onda xoş təəssürat yaratdığını bildirib.

Sonda Fərid Qayıbov və Didye Budimbu Ntubuanqa Azərbaycan Respublikası ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.



2905 oxunub

InvestAZ