XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



AMADA dopinq nəzarəti inspektorları üçün təlim təşkil edib
İdman 17:45 / 24.09.2024

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yeni cəlb olunmuş dopinq nəzarəti inspektorları (DNİ) üçün təlim təşkil edib.

Bu barədə AMADA-dan məlumat verilib. AMADA-nın əməkdaşları tərəfindən keçirilən dördgünlük təlimin ilk iki günündə nəzəri biliklərin öyrədilməsinə üstünlük verilib.

DNİ-lərə AMADA-nın beynəlxalq antidopinq sistemində oynadağı mühüm rol, Ümumdünya Antidopinq Məcəlləsi, Antidopinq Qaydaları, Ümumdünya Antidopinq Agentliyinin beynəlxalq standartları, inspektorların məsuliyyəti, qadağan edilmiş maddələrin siyahısı, sidik və qan nümunələrinin toplanması prosesi barədə ətraflı məlumat verilib.

Həmçinin dopinq nəzarəti formasının düzgün doldurulması qaydası, test zamanı etik standartların və məxfiliyin qorunması barədə müzakirələr aparılıb. DNİ-lərə MODOC (Mobil Dopinq Nəzarəti) sistemi, sistemdə idmançılar barədə məlumatların idarə olunması, dopinq nəzarəti prosesi zamanı uyğunsuzluqlar, dil maneələri və xüsusi hallar zamanı bilməli olduqları vacib məqamlar diqqətə çatdırılıb.

Təlimin növbəti iki günündə isə nəzəri biliklər praktiki olaraq tətbiq edilib. DNİ-lər təlimçilərin nəzarəti altında müxtəlif ssenarilərdə dopinq nəzarəti formasının doldurulması və nümunə toplama sessiyalarına qatılıblar.

İştirakçılar təlim çərçivəsində ən qabaqcıl təcrübələri öyrənib, dopinq testləri üçün istifadə olunan ən son avadanlıq və üsullarla tanış olublar.

15 dopinq nəzarəti inspektorunun iştirak etdiyi təlimdə hər günün sonunda qrup müzakirələri aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.


678 oxunub

InvestAZ