XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Stend atıcılığı üzrə Bakı çempionatına start verildi
İdman 16:36 / 24.09.2024

Azərbaycan Atıcılıq Federasiyasının, Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı çempionatına start verilib.Bakı Atıcılıq Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində təşkil olunan vədörd gün davam edəcək turnirdə stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi və qarışıq komanda yarışları keçiriləcək.

Yarışda müxtəlif idman klublarını təmsil edən 50-dən çox idmançı çempionluq uğrunda mübarizə aparırlar. Bütün növlərdə və kateqoriyalarda final mərhələsi Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) ən son qaydalarına əsasən keçirilir.

Yarışların təşkilində əsas məqsəd atıcılığın təbliği və bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, perspektivli idmançıların aşkar olunması və növbəti il üçün beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək atıcılıq üzrə milli komandanın tərkibinin yenidən formalaşdırılmasıdır.

Sentyabrın 25-də idmançıların rəsmi təlim-məşq prosesi, 26-27 sentyabrda dairəvi və səngər stend atıcılığı üzrə qadınlar və kişilər arasında fərdi yarışlar və final görüşü, 28 sentyabrda isə qarışıq komanda yarışları keçiriləcək. Yarışlardan sonra isə qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.


1445 oxunub

InvestAZ