FIFA hakimi Kamal Umudlu yeni təyinat alıb.
AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, o, UEFA Gənclər Liqasının II turu çərçivəsində Almaniyada "Ştutqart” və Çexiyanın "Sparta” klubları arasında oyunun baş hakimi olacaq.
Ədalət təmsilçisinəNamik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.
Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən "Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.