Azərbaycan Cüdo Federasiyası (ACF) hakim olmaq istəyən gənclər üçün ilk seminar təşkil edib.
ACF-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbir milli komandaların təlim-məşq mərkəzində təşkil olunub.
Qurumun Hakimlər Komissiyası tərəfindən keçirilən müsabiqədə 35 namizəd seçilib.
Federasiya həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması və saylarının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəklərini bildirib.