XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



MOK-da Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri ilə görüş olub​​​​​​​
İdman 13:41 / 24.09.2024

Sentyabrın 24-də Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev ölkəmizdə səfərdə olan Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə qonaqları salamlayan MOK-un baş katibi Azər Əliyev ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandığını vurğulayan Azər Əliyev komandamızın bu nəticə ilə ümumi medal sıralamasında 30-cu yerdə qərarlaşdığını qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı nəticə münasibətilə təbrikini çatdırıb.

Didye Budimbu həmçinin görüş zamanı ölkəsini təmsil edən idmançıların Olimpiya Oyunlarındakı çıxışı barədə məlumat verib.

Görüş zamanı iki ölkə arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbuya MOK-un xüsusi hədiyyəsini təqdim edib.

Güləş üzrə konqolu mütəxəssis Migel Antonio Sole, missiya rəhbəri Luis İfanqa, məsləhətçi Eleke Yondela, baş əlaqələndirici Şimba Mulonqo, katib Jozef Bolan, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq proqramlar idarəsinin müdiri Anar Bağırov və mətbuat katibi Murad Fərzəliyevin də iştirak etdiyi görüşün sonunda xatirə şəkli çəkilib.


3041 oxunub

InvestAZ